Xəbər lenti

Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?
Ölkə 21:37 13.04.2025

Bugünkü imtahanın cavabları nə vaxt açıqlanacaq?

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil olunub.

Qaynarinfo xəbər verir ki, aprelin 14-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə edildiyindən, onların yoxlanılması müəyyən vaxt aparacaq. Bu səbəbdən imtahan nəticələrinin növbəti 5 həftə ərzində elan olunması planlaşdırılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->