Afrikanın qərbində yerləşən Namibiya öz qeyri-adi səhralı mənzərələri və sərt iqlimə uyğunlaşmış vəhşi təbiəti ilə seçilir. Bu böyük və azsakinli ölkədə aprel ayında hava temperaturu təxminən 25°C olur. Bu səbəbdən də buranı səyahət üçün ideal yer hesab etmək olar.
Qaynarinfo "Daily Express"ə istinadən xəbər verir ki, 824 292 kvadrat kilometr ərazisi olan Namibiya təxminən 3,1 milyon nəfərlikəhalisi ilə dünyanın ən azsakinli ölkələrindən biridir. Bunun əsas səbəbi ölkənin böyük hissəsinin səhralı və yarımsəhralı ərazilərlə əhatə olunmasıdır.
Əhali əsasən şimal bölgələrdə, xüsusən də Anqola ilə sərhədə yaxın yerlərdə məskunlaşıb, çünki bu ərazilərdə daha çox yağıntı düşür. Cənub və sahilyanı bölgələr isə demək olar ki, boşdur.
Paytaxt Vindhuk kiçik, amma mehriban və kosmopolit bir şəhərdir. Şəhərdə turist izdihamı olmadığından, səyahətçilər burada rahat şəkildə istirahət edə bilirlər.
Namibiyanın ən məşhur turizm məkanlarından biri Sossusvleydir. Bura, qırmızı rəngli qum təpələri ilə tanınan və dünyanın ən yüksək səhrə qum təpələrindən bəzilərini əhatə edən qurumuş bir göldür. Məşhur Böyük Ata adlı qum təpəsi təxminən 325 metr hündürlüyündədir. Duna 45 isə günəşin çıxışı və batışı zamanı görüntüsü ilə seçilir və turistlərin sevimlisidir.
Sossusvley dünyanın ən qədim səhrası hesab edilən və yaşı ən azı 55 milyon il olan Namib səhrasının bir hissəsidir.
Aprel ayında yağıntı mövsümünün sonu çatır və hava daha mülayim olur, rütubət azalır. Bu da Namibiyaya səyahət üçün ideal vaxt hesab olunur. "Reddit" istifadəçilərindən biri bu ölkə haqqında belə deyib: "Oranın hər bir fotosu elə bil başqa planetdə çəkilib".
Aydın
Şərhlər