Xəbər lenti

Britaniya Ali Məhkəməsi kimlərin qadın olduğuna qərar verdi
Dünya 17:50 16.04.2025

Britaniya Ali Məhkəməsi kimlərin qadın olduğuna qərar verdi

Bu gün, sentyabrın 16-da Böyük Britaniya Ali Məhkəməsi kimin qadın sayıla biləcəyi və ola bilməyəcəyi ilə bağlı qərar verib. 

Qaynarinfo xəbər verir ki, məhkəmə qərarından belə görünür ki, yalnız qadın kimi doğulanlar qadındır.

Ali Məhkəmə belə bir sualı Şotlandiya hökumətinin 2018-ci ildə Gender Bərabərliyi Aktının bütün qadınların, o cümlədən transgenderlərin maraqlarını qoruduğuna dair qərarı fonunda nəzərdən keçirməli olub. Dövlət qulluğunda qadınların sayının artırılmasını nəzərdə tutur. Lakin Şotlandiyada feminist hərəkatın nümayəndələri bu yanaşma ilə razılaşmayıblar.

Böyük Britaniya Ali Məhkəməsi yekdilliklə qərar verib ki, bərabərlik qanunvericiliyində "qadın" anlayışı "bioloji qadın və bioloji cinsi" nəzərdə tutur. Müvafiq olaraq, transgender insanlar anadangəlmə qadınlarla gender bərabərliyi qanunlarına əsasən eyni hüquqlara sahib ola bilməzlər.

Britaniyanın hakim Leyboristlər Partiyası bu qərarı alqışlayaraq, bunun qanunun təfsirinə aydınlıq gətirdiyini bildirib. Mühafizəkarlar da məhkəmənin qərarını alqışlayıb, bunu "sağlam düşüncənin aşkar qələbəsi” hesab ediblər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->