Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında bildirilib ki, ötən il Suriya prezidenti Əhməd əl-Şara, Suriya daxili işlər naziri Ənəs Hattab və Suriya xarici işlər naziri Əsəd Həsən Şeybaniyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
Qaynarinfo xəbər verir ki, BMT-nin Terrorla Mübarizə Ofisinin hazırladığı hesabata görə, prezident, daxili işlər və xarici işlər nazirləri ötən il 5 sui-qəsd cəhdinin hədəfi olub, lakin bu cəhdlər vaxtında önlənib.
Hesabatda vurğulanıb ki, Suriya prezidenti Hələbin şimalı və Dəranın cənubunda hədəfə alınıb. Bu cəhdlərin terror təşkilatı İŞİD-ə bağlı "Ənsar əl-Sünnə" tərəfindən həyata keçirildiyi bildirilib.
Sui-qəsd cəhdlərinin tarix və detalları ilə bağlı məlumat verilməyən hesabatda qeyd edilib ki, əl-Şara İŞİD-in əsas hədəfi kimi qiymətləndirilir və bu cəhdlər Suriya hökumətini zəiflətmək niyyətinin göstəricisidir.
Aydın
Şərhlər