Xəbər lenti

Bakıda Xeyriyyə yarmarkası keçiriləcək (VİDEO)
Ölkə 16:01 04.06.2024

Bakıda Xeyriyyə yarmarkası keçiriləcək (VİDEO)

Founder Club, Sağlam Nəsil İctimai Birliyi və Azərbaycan Uşaqları İctimai Birliyi ilə birgə sosial layihələr çərçivəsində 8 iyun 2024-cü il tarixində "Bir gülümsəmə ilə dünya, bir yardım ilə həyatlar dəyişər” adı altında Xeyriyyə Yarmarkası həyata keçirəcək.

Yarmarkada fərqli sektorlardan olan 50-ə yaxın şirkət iştirak edəcək. Yarmarkadan əldə olunan gəlir zorakılığa və şiddətə məruz qalmış qadın və uşaq sığınacaq evinə sərf olunacaq. Sərginin keçiriləcəyi məkan AMEA Mərkəzi Elmi Kitabxanasıdır. 

Sizlərin hər birinizi bu sərgidə iştirak etməyə dəvət edirik. Siz də iştirakınızla zorakılığa məruz qalmış bir uşağı cəmiyyətə qaytara bilərsiniz.

Sərgi saat 10:00-dan 18:00-a davam edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->