Xəbər lenti

Avropa İttifaqı ABŞ-a qarşı yeni tarifləri təsdiqlədi
Dünya 17:41 09.04.2025

Avropa İttifaqı ABŞ-a qarşı yeni tarifləri təsdiqlədi

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-a qarşı yeni ticarət tariflərini təsdiqləyib. 

Qaynarinfo Aİ Şurasına istinadən xəbər verir ki, tariflər aprelin 16-dan tətbiq olunacaq.

Mənbələrə görə, bəzi Amerika mallarına rüsumlar 10-25 faiz arasında dəyişəcək. Bunlara tütün, motosiklet, quşçuluq, polad və alüminium daxildir. Macarıstan istisna olmaqla, 27 ölkədən 26-sı rüsumların artırılmasının lehinə səs verib.

ABŞ prezidenti Donald Tramp aprelin əvvəlində Aİ məhsullarına ticarət tariflərini 20 faizə qaldırıb. Vaşinqtonun ticarət və iqtisadi siyasətlərini yumşaltmağa başlaması üçün Avropa ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) alışını 5 dəfə artıraraq 350 milyard dollara çatdırmalıdır. Tramp qeyd edib ki, Avropa istehsalının ABŞ-a ötürülməsi də dərəcələrin azalmasına kömək edə bilər.

Buna cavab olaraq, Avropa gömrük dəyərinin 25 faizinə qədər cavab rüsumlarını nəzərdən keçirir. Onlar ümumi dəyəri təxminən 22,1 milyard avro olan Amerika məhsullarının geniş çeşidinə təsir edəcək. Vergiyə cəlb olunan məhsulların siyahısına kənd təsərrüfatı və sənaye malları daxil ediləcək: soya, ət, tütün, dəmir, polad və alüminium.

İsveçrənin ən böyük bankı UBS-in rəhbəri Sergio Ermottinin sözlərinə görə, ABŞ-ın idxal rüsumlarının kəskin artması nəticəsində qlobal iqtisadiyyatda yaranmış böhran vəziyyəti qısa müddətdə həll olunmayacaq. Son xəbərləri nəzərə alsaq, qlobal bazarlarda yaxın gələcək üçün "böyük qeyri-müəyyənlik" olacaq, deyə o vurğulayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->