Xəbər lenti

Almaniya BMT-yə qaçqın qəbulunu dayandırdı
Dünya 16:14 08.04.2025

Almaniya BMT-yə qaçqın qəbulunu dayandırdı

Almaniya BMT-nin məskunlaşdırma proqramı çərçivəsində qaçqınların qəbulunu müvəqqəti dayandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Daxili İşlər Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) idarəsinə istinadən məlumat yayıb. 

Agentlik qeyd edib ki, qərar Xristian Demokrat və Xristian Sosial İttifaqı (CDU/CSU) bloku ilə onun hakim koalisiyadakı potensial tərəfdaşı Almaniya Sosial Demokrat Partiyası arasında aparılan danışıqlarla bağlıdır.

Qeyri-qanuni miqrasiyanın məhdudlaşdırılması parlament seçkilərində qalib gələn CDU/CSU blokunun əsas vədlərindən biridir. Bu arada, Sosial Demokratlar immiqrasiya qanunlarını sərtləşdirmək üçün bəzi tədbirlərə qarşıdırlar. Martın 24-də partiyaların işçi qrupları koalisiya sazişinin hazırlanması üzrə işlərinin ilk nəticələrini dərc ediblər. Sənəddə "könüllü qaçqın qəbulu proqramlarına xitam vermək” planlarından bəhs edilir.

BMT Qaçqınlar üzrə Ali Komissarlığı proqramı artıq sığınacaq almış qaçqınlara üçüncü ölkəyə daxil olmağa imkan verir. Qəbul edən dövlət insanların sayını və qaçqınların gələcəyi ölkələri müstəqil olaraq müəyyən etmək hüququna malikdir. Almaniya 2024 və 2025-ci illərdə BMT xətti ilə öz ərazisində 13 100 qaçqını qəbul etməyə razılıq verib. Ölkəyə Türkiyədən olan suriyalı qaçqınlar da daxil olmaqla 5 061 nəfər daxil olub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->