Lənkəran rayonunda 33 yaşlı şəxsə əzab verməklə çəkiliş aparılması barədə məlumatlar yayılıb.
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə mart ayında şəxsi münasibətlər zəminində baş verib.
Həmin əməli törətməkdə şübhəli bilinən 39 və 34 yaşlı şəxslər müəyyən olunaraq saxlanılıblar.
Lənkəran Şəhər Rayon Polis Şöbəsində fakta görə Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə başlanan cinayət işi üzrə onlar şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Şərhlər