Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında planlaşdırılan görüşdən gözləntilərini açıqlayıb.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, Ukrayna lideri bildirib ki, görüşün gündəliyində Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması məsələsinin də yer alacağına ümid edir. O, bu barədə Buxarest Doqquzluğu sammitində çıxışı zamanı danışıb.
"Biz amerikalı tərəfdaşlarımızla daim əlaqədəyik. ABŞ prezidentinin Çində olduğu müddətdə Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması məsələsinin qaldırılacağına ümid edirik”, – deyə Zelenski bildirib.
Ukrayna prezidenti vurğulayıb ki, ən effektiv vasitələr Rusiya qoşunlarını fiziki olaraq dayandıra bilən mexanizmlərdir. Onun sözlərinə görə, bu xüsusilə Ukraynaya dəstək verən və Avropada kifayət qədər istehsal olunmayan antiballistik raketlərin alınmasını nəzərdə tutan PURL proqramına aiddir.
Zelenski hazırda formalaşdırılan antiballistik koalisiyaya bütün tərəfdaşları qoşulmağa çağırıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp artıq Çindədir. Onun mayın 14-də onun Si Cinpin ilə görüşü keçiriləcək. Daha sonra liderlər Səma Məbədini ziyarət edəcək və dövlət ziyafətində iştirak edəcəklər.
Mayın 15-də nahardan sonra Trampın ABŞ-yə qayıdacağı bildirilir. O, son on ilə yaxın müddətdə Çinə səfər edən ilk ABŞ prezidenti olacaq.
Günay
Şərhlər