Bəzi qidalar yağ yandırma prosesini digərlərinə nisbətən daha effektiv şəkildə dəstəkləyə bilər.
Qaynarinfo-nun "Eat This, Not That” nəşrinə istinadən məlumatına görə, diyetoloq Tara Kollinqvud bildirib ki, qarın nahiyəsində piylərin azalması üçün düzgün qidalanma və fiziki aktivlik birlikdə olmalıdır.
Kollinqvud arıqlamağa kömək edən 7 əsas məhsulu açıqlayıb: avokado, yumurta, giləmeyvələr, zeytun yağı, qoz-fındıq, lobya və mərcimək, eləcə də göyərtilər.
Diyetoloqun sözlərinə görə, avokado qan şəkərinin tənzimlənməsinə kömək edir, iştahanı azaldır və uzunmüddətli toxluq hissi yaradır. Yumurta isə yüksək zülal tərkibi ilə maddələr mübadiləsini gücləndirir və daha çox kalori sərf olunmasına şərait yaradır.
Giləmeyvələr az kalorili olmaqla yanaşı, lif və antioksidantlarla zəngindir və bu da yağ yandırma prosesini dəstəkləyir. Zeytun yağı sağlam yağ mənbəyi kimi iştahanı tənzimləyir və metabolizmə müsbət təsir göstərir.
Qoz-fındıq, lobya və mərcimək yüksək lif və zülal tərkibi sayəsində uzun müddət toxluq yaradır və qan şəkərini sabit saxlayır. Yarpaqlı göyərtilər isə az kalorili olub həzm sistemini dəstəkləyir və kalori defisitinə kömək edir.
Diyetoloq vurğulayıb ki, heç bir qida təkbaşına qarın piyini əritmir. Ən yaxşı nəticə düzgün qidalanma, kifayət qədər su qəbulu, fiziki aktivlik və sağlam yuxu ilə əldə olunur.
Günay
Şərhlər