Xocalının balaca sakini hər kəsi güldürdü: "Məktəbə getməyəcəyəm" (VİDEO)
Xocalı rayonunun Badara kəndinə qayıdan sakinlər arasında gənc ailələr də yer alırlar. Onlar burada sıfırdan yeni həyat qurmağa başlayıblar.
Sakinlər Baku TV-yə bildiriblər ki, barəsində illərlə yalnız valideynlərinin dillərindən eşitdikləri bu torpaqlarda indi öz gələcəklərini qururlar.
"Buranı ancaq gəlib görən, gəzən bilər ki, necə gözəl yerdir. Bizim ən böyük arzumuz olub ki, öz ata-baba yurdumuza qayıdaq. Özümüzün şəxsi təsərrüfatımız var, onunla məşğuluq", deyə Badara sakini Musa İbadullayev sevincini belə ifadə edib.
Badara kəndinin balaca sakini də yeni evlərini bəyəndiyini deyib: "Buralar qəşəngdir, bəyənirəm, amma məktəbə getməyəcəyəm..."
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər