Xəbər lenti

Əhmədzadəyə məxsus olduğu deyilən istirahət mərkəzinin rəhbəri cərimələndi
Ekonomiks 16:35 04.09.2025

Əhmədzadəyə məxsus olduğu deyilən istirahət mərkəzinin rəhbəri cərimələndi

"Uludağ" Turizm və İstirahət Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimə edilib.

Qaynarinfo-nun məlumatına görə, Qax rayonunda yerləşən kompleksdə Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılan yoxlama zamanı pozuntular aşkarlanıb.

Mərkəzin qanuni təmsilçisi Zabid Mahmud oğlu Əhmədov barəsində əmək müqavilələrinin bağlanması ilə bağlı tələblərin pozulmasına dair akt əsasında 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Bundan əlavə, əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına dair akt əsasında 1000 manat məbləğində əlavə cərimə kəsilib.

Qeyd edək ki, adıçəkilən obyekt Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadəyə məxsusdur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->