Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdarə şəhərlərinin baş planlarının üzərində iş aktiv şəkildə davam etdirilir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Təməl” mükafatının təltifetmə mərasimində deyib.
Onun sözlərinə görə, ötən il azad edilmiş ərazilərin Baş Planı hazırlanıb və təqdim edilib: "Bu il biz bu işi davam etdirəcəyik. Qarabağda və Şərqi Zəngəzurda demək olar, bütün Baş Planlar hazırlanıb, əksəriyyəti rəsmi şəkildə təsdiq edilib. Kiçik bir hissəsinin üzərində dəqiqləşdirmə işləri aparılır. Aidiyyəti dövlət qurumları ilə razılaşdırma prosesi başa çatmaq üzrədir".
A.Quliyev xatırladıb ki, ötən ilin əvvəlində Bakının Baş Planı təqdim edilib və reallaşdırılmağa başlanılıb.
Şərhlər