Xəbər lenti

Britaniya hökuməti: ABŞ-ın Ukrayna ilə mədən sazişi Rusiyanı cilovlaya bilər
Dünya 23:36 28.02.2025

Britaniya hökuməti: ABŞ-ın Ukrayna ilə mədən sazişi Rusiyanı cilovlaya bilər

Britaniya hökuməti ABŞ prezidenti Donald Trampın Ukraynadakı amerikalı işçilərin mədən sazişi nəticəsində Rusiyadan gələcək hücumların qarşısını alacağına dair təklifini dəstəkləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq Sky News-da deyib.

Stritinq ABŞ prezidentinin "ABŞ-ın maraqları və Ukraynadakı mövcudluğu ilə bağlı haqlı olduğunu” söyləyib.

Tramp hələ ki, Rusiya ilə hər hansı potensial sülh sazişindən sonra ABŞ-ın hərbi dəstəyi öhdəlikləri kimi Ukrayna üçün konkret təhlükəsizlik zəmanəti təklif etməyib.

Mədən müqaviləsindən daha çox şeyə ehtiyac olub-olmaması ilə bağlı suala Stritinq əlavə edib: "Vəziyyət sürətlə dəyişir və biz açıq şəkildə bildirdik ki, Ukraynanı sona qədər dəstəkləyəcəyik və Ukraynasız Ukrayna üçün heç bir həll yolu ola bilməz. Buna görə də prezident Zelenskinin bugünkü səfəri xüsusi əhəmiyyət kəsb edəcək, amma düşünürəm ki, biz son həftələrdə real irəliləyiş əlamətlərini görmüşük”.
Qeyd edək ki, britaniyalı nazirlər tez-tez mediada əhatə etdikləri sahələrdən kənar şərhlər verirlər.

Prezident Vladimir Zelenski qeyd edib ki, ABŞ-la "yerin təki sazişi” kontekstində təhlükəsizlik zəmanətləri məsələsi onun üçün əsasdır və bunun uğurlu olub-olmayacağı Trampla qarşıdakı söhbətdən asılı olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->