Xəbər lenti

Foto 19:52 28.02.2025

"Qiyamət anbarı"na 14 min yeni toxum əlavə edildi (FOTO)

Bu həftə qlobal fəlakətlərə qarşı bitki müxtəlifliyini qorumaq üçün yaradılmış xüsusi anbara ("Qiyamət anbarı") daha 14 min yeni toxum nümunəsi əlavə edilib.

Qaynarinfo xəbər verir ki, anbar dünyanın ən şimalda yerləşən yaşayış məntəqəsi olan Norveçin Lonqyerbyen qəsəbəsində, Şimal qütb dairəsindən 1300 kilometr şimalda yerləşir.

Əgər bir gün böyük bir fəlakət baş versə və yer üzündəki bitki örtüyü məhv olsa, nə baş verərdi? Məhz bu cür ssenarilərə qarşı dünyadakı kənd təsərrüfatı məhsullarını qorumaq məqsədilə Norveç hökuməti 2008-ci ilin fevral ayında Svalbard Toxum Bankasını yaradıb.

Burada təxminən 80 ölkədən 1,3 milyon toxum nümunəsi saxlanılır. Svalbard müntəzəm uçuşların olduğu ən şimal nöqtələrdən biridir, lakin yenə də çatmaq mümkündür.

Anbarın giriş hissəsi görünən yerdə olsa da, əsas saxlama bölməsi dağın 100 metrdən daha dərinində yerləşir. Burada toxumlar dondurulmuş torpağın təmin etdiyi təbii soyutma sistemi sayəsində qorunur. Üstəlik, anbar dəniz səviyyəsindən yüksəkdə yerləşdiyi üçün su basma riski də yoxdur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->