Xəbər lenti

İdman 18:00 28.02.2025

"Araz-Naxçıvan" "Zirə"ni kubokdan kənarlaşdırdı

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, "Araz-Naxçıvan" 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Zirə" ilə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə bitib - 2:0. 3-cü və 45-ci dəqiqədə Felipe Santos penalti zərbəsini dəqiq yerinə yetirib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn naxçıvanlılar növbəti raunda yüksəlib. Komanda finala gedən yolda "Qarabağ"la üz-üzə gələcək.

Saat 19:30-da start götürəcək matçda "Neftçi" "Kəpəz"i (ilk oyun - 2:0) sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl 1/4 finalda "Qarabağ" "Səbail"i (1:0, 3:1), "Sabah" isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->