Xəbər lenti

“Neftçi” sonuncu yarımfinalçı oldu
İdman 22:34 28.02.2025

“Neftçi” sonuncu yarımfinalçı oldu

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.


Son oyunda "Neftçi” "Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib.


Minimal hesabla qalib gəlmiş "Neftçi” sonuncu yarımfinalçı olub.


Xatırladaq ki, daha öncə "Qarabağ” "Səbail”lə, "Sabah” "Sumqayıt”la, "Araz-Naxçıvan” "Zirə” ilə duellərdən qalib ayrılaraq yarımfinala yüksəliblər.


Azərbaycan kuboku


1/4 finalın cavab oyunları


28 fevral


"Neftçi” – "Kəpəz” 1:0


Qol: Bassala Sambu, 29.


Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov


Bakı. "Neftçi Arena”, 19:30.


İlk oyun: 2:0



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->