Xəbər lenti

Dünya 22:51 28.02.2025

"Washington Post"un əməkdaşları Bezosun redaksiya siyasətinə etiraz edir

"Washington Post" qəzetinin əməkdaşları onun sahibi Ceff Bezosun "Rəylər" bölməsinin redaksiya siyasətində etdiyi dəyişikliklərə qarşı çıxıblar. 

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bundan sonra həmin bölmə yalnız "şəxsi azadlıqların və azad bazarın müdafiəsinə" yönələcək.

"Nümayəndələr və keçmiş əməkdaşlar Ceff Bezosun redaksiya siyasətində "əlamətdar" dəyişikliklər edəcəyi elanından sonra ona qarşı çıxdılar", deyə CNN xəbər verir.

Məlumata görə, "Washington Post"un keçmiş icraçı redaktoru Marti Baron Bezosu qəzeti siyasi maraqlara tabe etdirməkdə və onun uzunmüddətli prinsiplərinə xəyanət etməkdə ittiham edib.

Eyni zamanda, hazırkı əməkdaşlar da dəyişikliklərə qarşı tənqidi fikirlər səsləndiriblər. Məsələn, iqtisadiyyat üzrə şərhçi Ceff Stayn sosial şəbəkə X-də yazıb ki, bu dəyişikliklər Ceff Bezosun böyük müdaxiləsidir.

Tənqidlərə cavab olaraq, "Washington Post"un icraçı redaktoru Mett Myurrey əməkdaşlara bu dəyişikliklərin yalnız "Rəylər" bölməsinə aid olduğunu və qəzetin əsas redaksiyasının işinə təsir etməyəcəyini bildirib.

Lakin bu izahatlar bəzi oxucuları razı salmayıb. Artıq bəzi abunəçilər qəzetin demokratik dəyərlərə xəyanət etdiyini bildirərək abunəliklərini ləğv etdiklərini açıqlayıblar.

Bundan əvvəl məlum olmuşdu ki, dəyişikliklər fonunda "Rəylər" bölməsinin redaktoru Devid Şipli öz istəyi ilə vəzifəsini tərk edib. Hazırda onun yerinə yeni namizəd axtarılır.

Ceff Bezos isə bildirib ki, fərqli baxış bucaqlarının əks olunması üçün artıq internet mövcuddur və qəzetlər bu funksiyanı öz üzərindən götürə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->