Şumerlər insanlıq tarixində ən görkəmli sivilizasiyalardan biri hesab olunurlar. Onların dahiliyi və ixtiraçılığı, bu gün də dünyamızı formalaşdıran bir çox nailiyyətlərin əsasını qoyub. Şumerlərin bəşəriyyətə bəxş etdiyi ən mühüm ixtira və nailiyyətlərdən bəziləri bunlardır:
1. Yazı
2. Təkər
3. Suvarma sistemləri
4. Təşkilatlanmış kənd təsərrüfatı
5. Riyaziyyat
6. Ay təqvimi
7. Şəhər-dövlətlərin yaranması
8. Zikkuratlar (məbəd-saraylar)
9. İlk hüquq kodeksləri
10. Ədəbiyyat
11. Nəqliyyat və naviqasiya
12. Kərpic istehsalı
13. Metallurgiya
14. Pivə istehsalı sənəti
15. Mühasibat uçotu sistemləri
16. İlk məktəblər (Edubba)
17. İnkişaf etmiş dövlət bürokratiyası
18. Monumental memarlıq
19. Astronomiya
20. Musiqi və musiqi alətləri
Şumerlərin astronomik bilikləri
5000 il əvvəl Şumerlər artıq Günəş sisteminin detallı xəritələrinə malik idilər. Gil lövhələr və freskalar onların astronomiya sahəsində dərin biliklərə sahib olduqlarını sübut edir. Bəzi təsvirlər planetlərin mərkəzi ulduz ətrafında dövr etdiyini göstərir və bu məlumatlar olduqca dəqiqdir.
Amma Şumerlər belə irəli səviyyədəki bilikləri necə əldə etmişdilər? Bu məlumatları haradan öyrənmişdilər?
Sivilizasiyalarının yox olmasına baxmayaraq, Şumerlərin mirası düşündüyümüzdən daha mürəkkəbdir. Bir çox bu cür sirlər nadir hallarda müzakirə olunur. Bəlkə də bunun səbəbi, onların tarixi ilə Anunnakilər haqqında miflərin sıx bağlı olmasıdır.
Anunnakilər: Tanrılar, yoxsa yadplanetlilər?
Şumerlər Anunnakilərə inanırdılar – onları tanrı hesab etdikləri göy varlıqları kimi təsvir edirdilər. İddiaya görə, bu varlıqlar 450 000 il əvvəl ulduzlardan gəlmiş və insanları yaratmış, idarə etmişlər. 35 000 gil lövhənin tərcüməsinə əsasən, Anunnakilər Şumerlərin gündəlik həyatında, miflərində və əfsanələrində mühüm yer tuturdu.
"Gilqamış dastanı" Anunnakiləri Nibiru adlı sirli planetdən Yerə enmiş tanrılar kimi təsvir edir. "Atrahasis" mətnində isə Anunnakilərin qəzəbi nəticəsində baş verən su basqını haqqında danışılır. "Enuma Eliş" isə dünya nizamının Anunnakilərin kralı Marduk tərəfindən yaradıldığını izah edir.
Bəzi nəzəriyyələrə görə, Anunnakilər Mesopotamiyadakı zikkuratların və dünyanın müxtəlif yerlərində, o cümlədən Misir və Latın Amerikasındakı piramidaların memarları idilər. Bu strukturların bir-birinə bənzəməsi vahid təsir mənbəyinin olması ehtimalını yaradır. Məşhur araşdırmaçı Erix von Daniken onları "tarixdən əvvəlki astronavtlar" adlandırır.
Anunnakilərə bənzər varlıqlar digər mədəniyyətlərdə də qeyd olunur:
- Misir mifologiyasında tanrılar müasir texnologiyalara malik göy varlıqları kimi təsvir edilir. Məsələn, Ra "göydə üzən günəş gəmisi" ilə səyahət edirdi ki, bəzi tədqiqatçılar bunu kosmik gəmi kimi izah edirlər.
- Hind mifologiyasında "Vimanalar" – səmada hərəkət edən uçan nəqliyyat vasitələri "Riqveda" və "Mahabharata" mətnlərində təsvir edilir.
- Mali xalqı doqonlar, Sirius ulduzu ilə əlaqəli Sigi Tolo adlı varlıqlardan bəhs edirlər.
- Latın Amerikası sivilizasiyalarında (Maya, Astek, İnka) tanrılar Misir tanrılarına bənzər Günəş tanrıları kimi təsvir edilir.
Bu miflər fərqli sivilizasiyalarda eyni ideyanı paylaşır: Xarici, bəlkə də kosmosdan gələn qüvvələr insan sivilizasiyasının formalaşmasında iştirak edib.
Anunnakilərin dinə təsiri
Bəzi tədqiqatçılar Şumer mifləri ilə müasir dini mətnlər, xüsusilə də Əhdi-Ətiq arasında paralellər görürlər:
- Eden bağı (Eridu)
- Adəm (Adamu)
- Nuh tufanı (Atrahasis və ya Ziusudra)
- Enlil və Enki – iki anunnaki qardaş. Onların obrazları bəzən Yəhva və Lucifer ilə müqayisə edilir.
Unudulmuş tarix
2006-cı ildə rejissor Con Qressin rəhbərliyi ilə "Anunnakilər" adlı kino-trilogiya çəkilməli idi. Lakin layihə qəfil dayandırıldı. Bütün reklam materialları yoxa çıxdı və film heç vaxt yayımlanmadı.
Rəsmi versiyaya görə, buna maliyyə çatışmazlığı səbəb olub. Lakin bəzi insanlar hesab edirlər ki, bu, senzura nəticəsində baş verib – çünki filmin mövzusu müasir elmi və tarixi nəzəriyyələrə meydan oxuya bilərdi.
Şumerlərin və Anunnakilərin sirləri hələ də açılmamış qalır. Bu, bizə insanlığın keçmişində hələ də araşdırılmamış çoxlu sirrlərin olduğunu xatırladır.
Alpər
Şərhlər