"Kəpəz" Misli Premyer Liqasının XXI turunda "Sabah"a 3:2 hesabı ilə qalib gəlib.
Qaynarinfo-nun məlumatına görə, turun açılış matçı Tovuz şəhər stadionunda baş tutub.
Gəncə təmsilçisinin heyətində Mahamadu Ba (11), Əli Səmədov (54) və Rauf Hüseynli (64-p.) fərqlənib. Bakı klubunun qollarını isə Pavol Safranko (6-p.) və Cesse Sekidika (45+3) vurub. Qonaqların heyətində İqor Noqeyro 63-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
"Sabah" turnir cədvəlində 28 xalla 5-ci, Gəncə təmsilçisi 17 xalla 9-cu pillədə qərarlaşıb.
Saat 18:30-da isə "Neftçi" doğma meydanda "Şamaxı"nı sınağa çəkəcək. "Ağ-qaralar" 18 xalla yeddinci, qonaqlar 17 xalla səkkizincidir.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
Şərhlər