Xəbər lenti

AK rəhbəri:
Dünya 21:55 31.01.2025

AK rəhbəri: "Avropa avtomobil sənayesi ciddi böhran içindədir"

Avropa avtomobil sənayesində dərin böhran var. 

Qayanrinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen avtomobil konsernilərinin rəhbərlərinə və milli liderlərə müraciətində məlumat verib. 

O, Avropa İttifaqı avtomobil sənayesini xilas etmək üçün bir strategiya hazırlamağa çağırıb:

"Avropa avtomobil sənayesi çətin böhran içindədir və biz onun üzləşdiyi çətinlikləri dərk edirik. Ona görə də biz onları həll etmək üçün tez hərəkət edirik. Birlikdə cavab verməli olduğumuz əsas sual, şirkətlərimizin innovativ potensialını açmaq üçün hələ də çatışmayan şeydir".

Avropa Komissiyasının rəhbəri əlavə edib ki, martın 5-də bazar iştirakçıları arasında dialoqun nəticələrinə əsaslanan hərtərəfli Fəaliyyət Planı təqdim olunacaq. O, sənayenin Avropada çiçəklənməsini və dünya miqyasında uğurla rəqabət aparmasını təmin edəcək kursu müəyyənləşdirməlidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->