Xəbər lenti

62 və 217 nömrəli marşrutlar
Ölkə 19:28 31.01.2025

62 və 217 nömrəli marşrutlar "BakuBus"a verildi

62 və 217 nömrəli marşrutlar üzrə keçirilən müsabiqədə "BakuBus" MMC qalib gəlib.


Bu barədə Qaynarinfo-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib

Qeyd olunub ki, 62 və 217 nömrəli avtobus marşrutları üzrə müsabiqələr keçirilib və hüquqi şəxs "BakuBus" MMC qalib gəlib.

Məlumata görə, artıq fevralın 1-dən Xətai rayonunun Nəsirəddin Tusi küçəsini Sabunçu Dəmiryol Stansiyası ilə əlaqələndirən 62 nömrəli marşrut üzrə 27 elektrikli avtobus və "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Məmmədli qəsəbəsi ilə əlaqələndirən 217 nömrəli marşrut üzrə 13 ədəd CNG texnologiyalı avtobus sərnişinlərə xidmət göstərəcək.


62 nömrəli marşrutda gediş haqqı 0,50 AZN, 217 nömrəli marşrutda isə 0,55 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->