"Süni intelekt məsələsi Azərbaycanda istehlakçı müstəvisindədir. Yəni, Azərbaycan bu istiqamətdə istehlakçıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Azərbaycanda hazırlanan süni intellekt strategiyası ilə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, süni intelekt məsələlərinin qurulması, yəni süni intelekt həllərinin Azərbaycanda dövlət qurumlarına inteqrasiya olunması, ölkəyə aid bəzi müxtəlif proseslərin süni inteleklə emal olunması, məsələn, Azərbaycan kənd təsərrüfatı torpaqlarının, eləcə də müxtəlif gənclər siyasətinin süni intelektlə idarə olunması və digər dövlət qurumlarının yaratdıqları portalarda sənədləşmə prosesi, onların emalı, qəbulu süni intelektlə həyata keçirilməsi əsaslı bir sənədləşmə istəyir:
"Dövlətin bu istiqamətdə qanun-qaydaları olmalıdr. Orada müxtəlif məxfi məlumatlar var. Bu proseslərdə süni intelektin istifadəsi artıq qanunvericilik tərəfindən düzgün şəkildə tənzimlənməlidir. Burada texniki məqamlar çoxdur. Bunların hər birisinə qanunvericilik münasibət bildirməlidir. Əgər böyük dil modelləri ilə işlənəcəksə, bizim fərdi məlumatlar gedib böyük dil modellərinə emal olunacaq, yoxsa Azərbaycanın özünün süni intelekti yaradılacaqmı və s. kimi məsələlər sual doğurur. Bunlar təhlil olunub cavablandırılmalıdır".
Sədr əlavə edib ki, Azərbaycanda rəqəmsal konsepsiyanın qüvvəyə minməsi ilə rəqəmsal tranformasiya daha da sürətlənəcək:
"Artıq konseptual bir forma həyata keçiriləcək. Qurumların bir-biri ilə əlaqəli vahid konsepsiya istiqamətində rəqəmsal transformasiya fəaliyyəti daha da güclənəcək. Dövlət və hökumət portaları, eləcə də qurumlarının fiziki formada kağız daşıyıcıları üzərindən apardıqları sənədləşmə prosesləri artıq rəqəmsal müstəviyə keçib. Azərbaycanda artıq 27 sənəd tam olaraq rəqəmsallaşıb. Şəxsiyyət vəsiqəsini rəqəmsal formada təqdim etmək olur. Digər qurumların vətəndaşlara olan münasibəti rəqəmsal müstəviyə keçməsi əhəmiyyətli məsələdir. Bu dövrün çağırışlarından biridir. Ən ucqar rayon və kəndlərdəki vətəndaşlar hər hansı nazirlikə və ya dövlət qurumu ilə olan münasibəti üçün fiziki formada harasa gedib-gəlməyə ehtiyac duymadan mobil telefonlar, yaxud da kompüterlər vasitəsi ilə lazımi sənədlərini lazımı formada əldə edə biləcəklər. Bu istiqamətdə artıq 27 sənəd tam rəqəmsallaşıb".
Elvin Abbasov bu məsələnin intensiv olaraq davam etdiyini vurğulayıb:
"Bu ilə gözləntilər çoxdur. Qonşu ölkələr bu istiqamətdə bizdən daha irəlidədirlər. Biz də sürətli şəkildə elektron hökumət quruculuq istiqamətində dövlət qurumlarının birgə rəqəmsal konsepsiya formatına uyğun olaraq rəqəmsallaşmayan sənədlərin rəqəmsallaşma prosesini intensiv olaraq davam etdirməliyik. Burada bir neçə asılı tərəflər var. Ölkədə rəqəmsallaşmanın qurulması siyasətini dövlət aparsa da, bu rəqəmsallaşma istiqamətində yerli şirkətlərin də payı var. Bu məsələlər artıq şirkətlər tərəfindən icra olunur. Şirkətlər də öz təcrübə və praktikalarını artırırlar".
Bundan əvvəl baş nazir Əli Əsəsdov Almatıda "Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı deyib ki, Azərbaycanda süni intellekt strategiyası hazırlanır. Baş nazir qeyd edib ki, rəqəmsal inkişaf strategiyasının əsas sahələrindən biri süni intellektdir:
"Hazırda biz Azərbaycan üçün süni intellekt strategiyasını hazırlayırıq. Biz süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlar ilk növbədə səhiyyə, nəqliyyat və təhsildir".
Bahar Rüstəmli
Şərhlər