Xəbər lenti

Alimlər qəribə bir super planet kəşf etdi - Bizə çox yaxındır
Video 23:41 31.01.2025

Alimlər qəribə bir super planet kəşf etdi - Bizə çox yaxındır

Alimlər qalaktikamızda maraq doğuran bir planet aşkarlayıb.

Qayanrinfo xəbər verir k, dünyadan altı dəfə böyük olan bu super planetin qatı yəni qayalıq bir planet olduğu bildirilir. HD 20794 d adlanan bu göy cismi bizim planetimizdən böyük olsa da, Yupiter kimi qaz nəhəngləri ilə müqayisədə nisbətən kiçik kütləyə malikdir.

Daha da önəmlisi, bu planet öz ulduz sisteminin yaşana bilən zonasında yerləşir. Bu bölgələrdə maye suyun planetin səthində mövcud ola biləcəyi ehtimal edilir. Məsələn, Yer kürəsi nə çox isti, nə də çox soyuq olan məhz belə bir zonada yerləşir.

Oksford Universitetində ekzoplanetlərin tədqiqi üzrə çalışan və araşdırmaya rəhbərlik edən Maykl Kretinyer deyib: "Bu planetin mövcudluğunu təsdiqləmək mənim üçün böyük bir sevinc mənbəyidir".

HD 20794 d ilk dəfə 2022-ci ildə aşkar edildikdə onun varlığına dair çox az sübut var idi. Kretinyerin bu planetin həqiqətən mövcud olduğunu təsdiqləmək üçün çox daha geniş müşahidələr aparması lazım gəlib.

Lakin bu super planet haqqında qəribə bir məqam var.

Planetlər adətən ulduzlarının ətrafında elliptik və ya oval trayektoriyalar üzrə fırlanır. Bu ellipslər demək olar ki, tam dairəyə yaxındır, lakin heç vaxt tam olaraq dairə formasında olmur.

Ancaq Kretinyer bildirir ki, HD 20794 d-nin qəribə bir trayektoriyası var. Onun olduqca elliptik orbitində hər il yaşana bilən zonanın daxili sərhədindən xarici sərhədinə qədər hərəkət etdiyi müəyyən edilib.

Bu isə onun həqiqətən yaşana bilən olub-olmaması ilə bağlı suallar yaradır, yaxud bizim bildiyimiz formada həyatın mövcudluğu ehtimalını şübhə altına alır.

Aşağıda planetin qeyri-adi orbitinin təsvirini görmək olar. Xarici orbitdə olan göy cismi super planet HD 20794 d-dir və yaşıl bölgə onun ulduz sisteminin yaşana bilən zonasıdır.



Günəş sistemi daxilində yaşayış zonasının təsviri (FOTO: NASA)

Araşdırma bu yaxınlarda "Astronomy & Astrophysics" adlı elmi jurnal tərəfindən dərc edilib. Ekzoplanetləri araşdıran alimlər Çilinin qaranlıq və quru dağlarında yerləşən HARPS və ESPRESSO (Qayalıq Ekzoplanetlər və Sabit Spektroskopik Müşahidələr üçün Echelle Spektroqrafı) cihazları vasitəsilə toplanmış iyirmi illik müşahidə məlumatlarını analiz ediblər.

Bu yüksək dəqiqlikli cihazlar ekzoplanetlərin ulduzları üzərində yaratdığı cüzi qravitasiya təsirlərini aşkar edə bilir. Bu təsirləri demək olar ki, hiss olunmayan titrəmələr kimi təsəvvür etmək olar.

HD 20794 d hələ də bir çox suallarla əhatə olunsa da, NASA-nın gələcəkdə həyata keçirəcəyi "Yaşana Bilən Dünyalar Rəsədxanası" kimi missiyalar bu maraqlı super planet daha ətraflı öyrənə bilər. Bu teleskop digər planetlərin atmosferində həyat əlamətləri axtarmaq üçün nəzərdə tutulub.

Kretinyer bildirir: "Həyəcanverici olan odur ki, bu planet bizə cəmi 20 işıq ili uzaqlıqda yerləşir. Bu isə gələcək kosmik missiyaların onun görüntülərini əldə etmək imkanına malik ola biləcəyi deməkdir".

Qalaktikamızda trilyondan çox planet olduğu güman edilir və onların əksəriyyəti, yəqin ki, super planetdir. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->