Xəbər lenti

Qubernator qədim mətnin deşifrə edilməsi üçün 1 milyon dollar təklif edir
Dünya 23:55 31.01.2025

Qubernator qədim mətnin deşifrə edilməsi üçün 1 milyon dollar təklif edir

Hindistanın Tamilnad ştatının qubernatoru Hind vadisi sivilizasiyasına aid qədim yazının oxunmasını bacaran şəxsə 1 milyon dollar mükafat vəd edib.

Qaynarinfo bu barədə "Good News Network"a istinadən xəbər verir.

Hindistan və Pakistan ərazisində təxminən 5500 il əvvəl formalaşan Hind vadisi sivilizasiyası (harappa mədəniyyəti) arxasında hələ də tam oxuna bilməyən yazılar buraxıb. Qubernator bu təklifi qədim Tamil keramikası üzərindəki yazılar ilə harappa əlifbası arasında mümkün əlaqənin araşdırıldığı elmi məqalənin dərcindən sonra irəli sürüb.

İndiyədək bir çox dilçi alim bu qədim yazını deşifrə etməyə çalışsa da, heç biri tam müvəffəqiyyət əldə etməyib. Süni intellekt və müasir İT mütəxəssisləri də bu sirri açmaq üçün cəhd göstərirlər, lakin alimlər əlavə məlumatlar olmadan maşın öyrənməsinin bu sahədə ciddi irəliləyiş əldə edə biləcəyinə şübhə ilə yanaşırlar.

Hazırda tədqiqatçıların əlində təxminən 4000 artefakt üzərində tapılmış, cəmi 68 simvoldan ibarət yazılar var. Lakin bu yazılar əsasən qısa olduğu üçün onların tam olaraq bir dilə, yoxsa simvolik sistemə aid olduğu bəlli deyil. Bəzi alimlər bu yazının çin heroqliflərinə bənzər loqoqrafik sistem ola biləcəyini düşünürlər.

Bu mükafat təşəbbüsünün İnd vadisi sivilizasiyasının sirrini açmağa kömək edib-etməyəcəyi isə hələlik bilinmir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->