“Predo 99 Sevinc Gətirir” lotereya kampaniyasının avtomobilinin qalibi müəyyən olundu
"Predo 99 Sevinc Gətirir” lotereya kampaniyasının avtomobilinin qalibi müəyyən olunub.
2024-cü ilin oktyabrın 29-dan 2025-ci ilin yanvarın 31-dək davam edən "Predo 99 Sevinc Gətirir” lotereya kampaniyasının qaliblərinin seçimi başa çatıb.
Belə ki, 29 oktyabr 2024 – 31 Yanvar 2025 tarixlərində 10 AZN-lik "Predo” məhsulları (Predo uşaq bezləri, uşaq üçün gigiyenik vasitələr- pudra, təmizləyici salfet, Predo X təmizlik vasitələri – maye qab şampunu, maye və quru paltar təmizləyici vasitələr, həmçinin, Predo Lady gigiyenik bezlər, saç üçün şampun və maskalar, yetişkin bezləri və s.) əldə edən hər kəs 1 şans qazanıb.
Münsiflər Heyətinin iştirakı ilə keçirilən lotereyada 37 000 lotereya bileti oynanılıb və onlar ın arasında 99 qalib müəyyənləşib.
Aktyor, prodüser Cövdət Şükürovun sədrlik etdiyi Münsiflər Heyətində radioaparıcı, aktyor Elgün Hüseynov, Operativmeda.az saytının əməkdaşı, jurnalist Gülcahan Məmmədova, İqtisadiyyat.az saytının əməkdaşı , jurnalist Sona Gündüz və "Eko-Azərbaycan” MMC-nin direktoru Elçin Rüstəmli təmsil olunublar.
Lotereyada qalib olan şəxslərə aşağıdakı hədiyyələr təqdim olunub:
1. 60 ədəd Predo səbəti
2. 5 ədəd Avto uşaq oturacağı
3. 10 ədəd uşaq arabası
4. 5 ədəd Qulaqlıq Apple Airpods
5. 5 ədəd Akumlyatorla çalışan uşaq avtomobili GALIK MAYBACH
6. 5 ədəd Xiaomi Redmi Pad SE 8/256GB
7. 5 ədəd Beko paltaryuyan 7 kq-lıq
8. 3 ədəd iphone 16, 128 GB
9. 1 ədəd 2024-cü il istehsalı "Hyundai Elantra" avtomobili
Qeyd edək ki, "Predo” Sağlık Ürünləri A.Ş. 2013-cü ildə Gaziantepdə qurulub və uşaq, yetkin baxımı və ev gigiyenası məhsullarında sürətli inkişaf əldə edib. 2024-cü ildə 6 yüksək texnologiyalı istehsalat xətti ilə istehsal gücünü artıraraq geniş məhsul çeşidi təqdim edir. Uşaq bezlərindən gigiyenik pedlərə qədər bir çox məhsulu yüksək keyfiyyətlə istehsal edən şirkət 85 ölkəyə xidmət göstərir. Predo müştəri məmnuniyyətini ön planda tutaraq, yenilikçi həllərlə sektorda lider mövqeyini möhkəmləndirməyi hədəfləyir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər