Xəbər lenti

Ən çox qazanan məşqçilərin siyahısı açıqlandı
İdman 12:58 23.02.2025

Ən çox qazanan məşqçilərin siyahısı açıqlandı

Dünyanın ən çox qazanan məşqçilərinin adları açıqlanıb. 

Fanat.Az xəbər verir ki, siyahını "Givemespor" hazırlayıb. 

Siyahıda futbol üzrə 10 məşqçinin adı var. Birinci yerdə İspaniyanın "Atletiko Madrid" klubunun baş məşqçisi Dieqo Simeone qərarlaşıb - 25,9 milyon funt-sterlinq. Buenos-Ayresli 54 yaşlı mütəxəssisi "Mançester Siti"ni çalışdıran Pep Qvardiola (20,7 milyon) izləyir. İlk "üçlüy"ü onun ispaniyalı həmyerlisi, London "Arsenal"ının baş məşqçisi Mikel Arteta qapayır - 15,6 milyon.

Dördüncü yeri "Əl-Nəsr"in ildə 15,5 milyon funt-sterlinq qazanan çalışdırıcısı Stefano Pioli tutur. Təəccüblüdür ki, "Everton”un baş məşqçisi Devid Moyes siyahıda beşincidir (12,5 milyon funt-sterlinq)

1. Dieqo Simeone (Atletiko Madrid) - 25,9 milyon
2. Pep Qvardiola (Mançester Siti) - 15,2 milyon
3. Mikel Arteta (Arsenal) 15,6 milyon
4. Stefano Pioli (Əl-Nəsr) - 15,5 milyon
5. Devid Moyes (Everton) - 12,5 milyon
6. Luis Enrike (PSJ) - 9,6 milyon
7. Mattias Yayssle (Əl-Əhli) - , 9,6 milyon 
8. Joze Mourinyu (Fənərbağça) - 9,2 milyon 
9. Jorje Jesus (Əl-Hilal) - , 8,6 milyon
10. Karlo Ançelotti (Real Madrid) - 8,3 мilyon 
11. Unai Emeri (Aston Villa) - 8,3 milyon 
12. Loran Blan (Əl-İttihad) - 8,3 milyon
13. Vensan Kompani (Bayern Münhen) - 7,8 milyon
14. Ruben Amorim (Mançester Yunayted) - 6,7 milyon
15. Arne Slot (Liverpul) - 6,4 milyon funt-sterlinq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->