Xəbər lenti

KİV: Tramp ABŞ-ın bəzi konsulluqlarının bağlanmasını istəyir
Dünya 12:03 12.02.2025

KİV: Tramp ABŞ-ın bəzi konsulluqlarının bağlanmasını istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq məqsədilə dünyanın müxtəlif yerlərində bir sıra Amerika konsulluqlarını və diplomatik nümayəndəliklərini bağlamaq imkanını nəzərdən keçirir.  

Qaynarinfo xəbər verir ki, bu barədə Tramp administrasiyasının üç rəsmi şəxsi məlumat verib.  

Mənbələrin bildirdiyinə görə, bağlanması nəzərdə tutulan konsulluqlar arasında Avropa, Kanada, Meksika və Sakit okean adalarındakı nümayəndəliklər var.  

Tramp konsulluqların siyahısını yenidən nəzərdən keçirib, lakin hələlik yekun qərar verilməyib və bağlanma müddətləri dəqiqləşdirilməyib.  

Məlumata görə, bağlanma ehtimalı olan Avropa konsulluqlarının əksəriyyəti Almaniya və Fransada yerləşir. Dövlət Departamenti bu konsulluqlardan ümumi fəaliyyətləri barədə məlumat istəyib.  

Bəzi konsulluqlar Dövlət Departamentinin məmurlarının nəzarətindədir. Onlardan Trampın "Amerika hər şeydən üstündür" gündəminə uyğunluq dərəcəsini qiymətləndirmələri istənilib – bu da onların əhəmiyyətini müəyyənləşdirmək üçün bir meyar kimi nəzərdən keçirilir.  

Rəsmilər həmçinin konsulluqların diplomatik əhəmiyyətini, habelə orada həyata keçirilə biləcək əlavə hökumət fəaliyyətlərini, məsələn, digər ölkələrlə hərbi əlaqələri və kəşfiyyat məlumatlarının toplanmasını nəzərdən keçirirlər.  

10 fevralda Tramp Pentaqon büdcəsindən milyardlarla dolların ixtisarına çalışacağını bəyan edib.  

11 fevralda isə o, ABŞ Ədliyyə Nazirliyinə Amerika vətəndaşlarının xarici məmurlara müqavilə bağlamaq məqsədilə rüşvət verməsini qadağan edən antikorrupsiya qanununun icrasını dayandırmaq göstərişi verib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->