Xəbər lenti

Sumqayıtda
Ekonomiks 19:05 11.03.2025

Sumqayıtda "təqaüd dələduzluğu"

Təqaüd düzəltmək adı alı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə edilən M.S. 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilib. 

İş materiallarından aydın olur ki, M.S. tanışı B.R.-ya təqaüd düzəldəcəyini vəd edərək ondan əvvəl 1000 manat, daha sonra isə daha sonra isə 1800 manat alıb. 

B.R. sonradan aldadıldığını başa düşərə, təqsirləndirilən şəxsdən pulunu tələb edib. M.S. aldığı pulları qaytarıb. 

Təqsirləndirilən şəxs isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. M.S. bildirib ki, o, pulları faizə götürüb. 

Lakin proses zamanı sübutlara baxış keçirilib, təqsiləndirilən şəxsin səs yazıları və digər sübutlar araşdırılıb. Məhkəmə belə qənaətə gəlib ki, M.S-nin təqsiri sübuta yetirilib.

Seyid 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->