Xəbər lenti

Birja və dollar böhranı, inflyasiya: Donald Tramp ABŞ-ı uçuruma aparırmı?
Dünya 19:19 11.03.2025

Birja və dollar böhranı, inflyasiya: Donald Tramp ABŞ-ı uçuruma aparırmı?

Dünya Donald Trampın Ukrayna və Qəzza müharibəsi ilə bağlı açıqlamalarını izləyərkən, amerikalılar ilk növbədə özlərinə onun siyasətlərinin pul kisələrinə necə təsir edəcəyi barədə sual verirlər. ABŞ fond bazarları bir neçə gündür ki, ucuzlaşır. "Nasdaq" bir həftə ərzində 8% (və dekabrın ortalarından bəri 14%) ucuzlaşıb. "Dow Jones" 4 faiz, "S&P 500" 6% azalıb.

Qaynarinfo xəbər verir ki, Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (İFO) prezidenti Klemens Fuest "Bild"ə açıqlamasında Trampın aqressiv və sistemsiz siyasətinin qeyri-müəyyənlik yaradır.

"Donald Tramp aqressiv və sistemsiz görünən siyasəti ilə böyük qeyri-müəyyənlik yaradır. Bu, istehlakçıları və investorları daha ehtiyatlı edir", deyə ekspert bildirib.

Fuestə görə, Trampın idxala nəhəng tarifləri tətbiq edən, sonra təxirə salan, sonra yenidən tətbiq edən tarif siyasətləri xüsusilə böyük iqtisadi ziyana səbəb olub. ABŞ fond bazarlarında ölkə əvvəllər investisiya üçün ən təhlükəsiz yer kimi görünməkdən faydalanıb:

"İndi Tramp bu mövqeyi məhv edir, ona görə də investorlar kapitalı çıxarırlar. Qeyri-adi axmaq, özünü məhv edən iqtisadi siyasət yürdür".

"Tesla" səhmlərinin çökməsi səbəbindən İlon Mask elə dünən 29 milyard dollar itirib. Bununla belə, itirən təkcə sahibkarlar deyil, həm də istehlakçılardır. Yanvar ayında inflyasiya iyun ayından bəri ilk dəfə bir qədər yüksəlib. 2% hədəflə 3% idi. Dolların məzənnəsi də aşağı düşür: 1 ABŞ dolları indi cəmi 92 avro sentə bərabərdir. "The Wall Street Journal" xəbərdarlıq edir ki, ABŞ iqtisadiyyatı "iki başlı canavar"la - staqflyasiya ilə üz-üzədir: zəif artım və qiymət artımı.

Prezident Trampdan tənəzzülü gözlədiyini soruşduqda o, belə cavab verib:

"Mən belə şeyləri proqnozlaşdırmağa nifrət edirəm. Keçid dövrü olacaq, çünki bizim gördüyümüz iş çox böyükdür - biz Amerikaya rifah gətiririk. Bir az vaxt aparacaq".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->