Honq Konq Gömrük İdarəsi 6 milyon dollarlıq qızıl qaçaqmalçılığı ilə bağlı ən böyük hadisəni bildirdi
Honq Konq Gömrük xidməti ümumi bazar dəyəri təxminən 46 milyon Honq Konq dolları (təxminən 6 milyon ABŞ dolları) olan külçə qızıl qaçaqmalçılığı ilə bağlı ən böyük hadisəni açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çinin xüsusi inzibati regionunun hökumətinin saytında məlumat verilib.
Rəsmilərin məlumatına görə, hadisə martın 5-də baş verib. Xəbərdə vurğulanıb ki, bu, Honq Konq Gömrük İdarəsinin müsadirə həcmi və bazar dəyəri baxımından aşkar etdiyi ən böyük külçə qızıl qaçaqmalçılığı hadisəsidir.
Honq Konq gömrük işçiləri Yaponiyaya daşınan mal partiyasını yoxlayıblar. Baxış zamanı məlum olub ki, bir neçə qutuda cinayətkarın iddia etdiyi kimi oyuncaqlar, lampalar və papaqlar yox, qızıl külçələr olub.
Xüsusi inzibati rayon hökuməti istintaqın davam etdiyini və həbslərin mümkün olduğunu bildirir.
Honq Konq qanunlarına görə, bəyan edilməmiş yüklərin idxalı və ya ixracında təqsirli bilinən hər kəs 2 milyon Honq Konq dollarına (təxminən 258 min ABŞ dolları) qədər cərimə və ya 7 ilə qədər həbs cəzası ala bilər.
Aydın
Şərhlər