Xəbər lenti

Bir ildə 16 min iş yeri bağlanıb: Səbəb nədir?
Ekonomiks 20:28 11.03.2025

Bir ildə 16 min iş yeri bağlanıb: Səbəb nədir?

"Azərbaycanda ən çox xidmət və istehsal sahələri olan iş yerləri bağlanır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli 2024-cü ildə Azərbaycanda 15 min 942 iş yerinin bağlanmasının səbəblərindən danışarkən deyib. 

Onun sözlərinə görə, iş yerlərinin bağlanmasının əsas səbəbi vergi yüküdür:

"Bakıda və bölgələrdə müxtəlif sahələrdə iş yerlərinin bağlanması ildən-ilə sürətlənir. Bu il ötən ilə nisbətən xeyli sürətlənib, gələn il isə bu ilə nisbətən xeyli sürətlənəcək. Sahibkarların və işçilərin vergi yükü kifayət qədər böyükdür. Ona görə də bütün sahələrdə iş yerlərinin bağlanması müşahidə edilir".
 


Akif Nəsirli şəhərdə saysız-hesabsız obyektlərin icarəyə verilməsi ilə bağlı elanların çoxaldığını diqqətə çatdırıb:

"Əvvəllər çox nadir hallarda hər hansı bir obyektin icarəyə verilməsi ilə bağlı elan oxumaq olardı. Bu gün isə hər tində obyektin icarə verilməsi ilə bağlı 3-4 elana rast gəlirik. Obyekt sahibi müştəri axtarır".

Akif Nəsirlinin fikirincə, ölkədə bu istiqamətdə vəziyyət qəlizdir.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 15 min 942 iş yeri bağlanıb. Bu 2023-cü illə müqayisədə 1 033 iş yeri və ya 7% çoxdur.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->