Kiyev ABŞ-nin Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanındakı danışıqların nəticələri ilə bağlı birgə bəyanatda bildirilib.
Qeyd edilib ki, Vaşinqton Ukraynaya yardımı və kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyəti dərhal aradan qaldıracaq.
Şərhlər