Xəbər lenti

İsmayıllının mədəni həyatında yenilik - “İsmayıllı” jurnalının təqdimatı keçirilib
Foto 20:09 14.05.2026

İsmayıllının mədəni həyatında yenilik - “İsmayıllı” jurnalının təqdimatı keçirilib

İsmayıllı rayonunun ictimai-mədəni həyatında əlamətdar hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, rayonda ilk dəfə nəşr olunan "İsmayıllı” jurnalının təqdimat mərasimi keçirilib.

"İsmayıllı” jurnalı rayonun qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini, çoxmillətli həyat tərzini, eləcə də geniş turizm potensialını əks etdirən dəyərli nəşr kimi təqdim olunur. Jurnalda həmçinin İsmayıllının füsunkar təbiəti, ekoturizm imkanları, tarixi abidələri və qonaqpərvərliyi geniş şəkildə işıqlandırılır. Nəşrin əsas məqsədi rayonun daha geniş auditoriyaya tanıdılmasıdır.
 
Qeyd olunub ki, layihə həm İsmayıllının keçmişini və bu gününü əhatə edir, həm də gələcəyə yönəlmiş inkişaf perspektivlərini özündə əks etdirir. 
 
Təqdimat mərasimində iştirak edən hər kəsə təşəkkür bildirilib, jurnalın ərsəyə gəlməsində əməyi olan bütün şəxslərə minnətdarlıq ifadə olunub. İnanılır ki, "İsmayıllı” jurnalı rayonun tanıdılması, turizm imkanlarının təbliği və milli irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm informasiya və mənəvi mənbələrdən birinə çevriləcək.
 
--> -->