Aktrisa Şeron Stoun insultdan sağalarkən 18 milyon dollar pul itirdiyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, bu haqda "The Basic Instinct" ulduzu "The Hollywood Reporter"ə
müsahibəsində danışıb.
"Bu müddət ərzində insanlar məndən sui-istifadə etdilər. Qayıdanda bank hesabımdan hər şey getdi. Soyuducum, telefonum - hər şey başqalarının adına yazılıb", deyə məşhur bildirib.
Stoun tamamilə əmanətsiz qaldığını vurğulayıb. Aktrisa etiraf edib ki, indi vəziyyətin öhdəsindən gəlməyə çalışır. O, heç vaxt qəzəb və kin saxlamamağı tövsiyə edib, çünki bu zaman mənfi emosiyalar insanı heç vaxt tərk etmir.
Hollivud ulduzunun 2001-ci ildə keçirdiyi insultdan tam sağalması səkkiz il çəkib. Stoun qeyd edib ki, hadisə onun beyin funksiyasını və düşüncəsini tamamilə dəyişib.
"Bir Buddist rahib mənə eyni bədəndə reinkarnasiya edildiyimi söylədi. Doqquz gün qanaxma oldu, bu, beynimi irəli apardı. Sonra hər şey dəyişdi: qoxu, görmə və toxunma hissim. Bir neçə il oxuya bilmədim", deyə aktrisa bildirib.
Aydın
Şərhlər