ABŞ Konqresinə ölkənin Birləşmiş Millətlər Təşkilatından çıxmasını təklif edən qanun layihəsi təqdim olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Fox News məlumat
yayıb.
Yuta ştatından respublikaçı senator Mayk Li ABŞ-ın 2025-ci ildən etibarən BMT və onunla əlaqəli bütün qurumlardan tam çıxışını və bu təşkilatlara maliyyə dəstəyinin dayandırılmasını nəzərdə tutan layihəni təqdim edib.
Bundan əlavə, Texas ştatından respublikaçı Çip Roy da bu layihəni Nümayəndələr Palatasına təqdim etməyi planlaşdırır.
"BMT zorakı rejimlərin meydanına və Amerika ilə onun müttəfiqlərinə qarşı hücum məkanına çevrilib. Biz bunun üçün ödəniş etməyi dayandırmalıyıq. Prezident Tramp xarici siyasətimizdə inqilab edərək Amerikanı birinci yerə qoyduğu halda, biz bu mənasız təşkilatdan çıxmalı və ölkəmizin təhlükəsizliyi və rifahı üçün işləyən real ittifaqları prioritet etməliyik", – deyə Li bildirib.
Çip Roy isə layihəni BMT-nin "heç bir fayda verməməsi" ilə əsaslandırıb.
"Bütün bu maliyyə və diqqətə baxmayaraq, bu korrupsiyalaşmış qlobal təşkilat onilliklər boyu müharibələrin, soyqırımların, insan haqları pozuntularının və hətta pandemiyaların qarşısını almaqda aciz olub", – deyə respublikaçı qeyd edib və xüsusilə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyində (UNRWA) bəzi əməkdaşların HƏMAS-ın İsrailə hücumunda iştirak etmiş ola biləcəyi iddialarına toxunub.
Daha bir neçə respublikaçı bu layihəni dəstəklədiyini bəyan edib.
Xatırladaq ki, fevralın əvvəlində Tramp ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından ikinci dəfə çıxarıb.
Alpər
Şərhlər