Latviyanın xarici işlər naziri Bayba Braje ABŞ prezidenti Donald Tramp administrasiyasının son bəyanatlarını şərh edərək bildirib ki, "dəhşətə gəlmək və saçını yolmaq – Latviya diplomatiyasının üslubu deyil".
Qaynarinfo bu barədə LSM-ə istinadən xəbər
verir.
Braje vurğulayıb ki, soyuqqanlılığı qorumaq və bu məsələ ilə bağlı ictimai ritorikaya qoşulmamaq lazımdır.
"Latviya diplomatiyasının üslubu dəhşətə gəlmək və özünü həlak etmək deyil. Real iş görülür", – deyə nazir bildirib.
O, Trampın Ukraynadakı müharibə ilə bağlı son bəyanatlarını şərh etməyə ehtiyac olmadığını qeyd edib.
"Hər şey bizim hərəkətlərimiz və sözlərimizlə müəyyən edilir", – deyə Latviya XİN rəhbəri vurğulayıb.
O əlavə edib ki, reallıq dəyişməyib və Rusiya Ukraynaya hücumlarını dayandırmayıb, buna görə də Latviyanın vəzifəsi ona mümkün qədər dəstək olmaqdır.
Xatırladaq ki, Ukraynanın nadir torpaq metalları üzrə sazişi imzalamaqdan imtina etməsi son günlər Trampın Vladimir Zelenskini "seçkisiz diktator" adlandırmasına səbəb olub.
ABŞ prezidenti administrasiyası, KİV-in məlumatına görə, prosesin sürətləndirilməsi üçün Ukrayna ilə faydalı qazıntılar üzrə sadələşdirilmiş saziş bağlamağa və sonra detalları müzakirə etməyə cəhd göstərə bilər.
Alpər
Şərhlər