Xəbər lenti

Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi
Ekonomiks 16:07 21.02.2025

Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi

Yelo Bank kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi və sahibkarlara dəstək məqsədilə İmişlidə keçirilən Aqrar Biznes Festivalında yer aldı. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan festival çərçivəsində "Dövlətin maliyyə mexanizmləri” mövzusunda geniş panel müzakirəsi keçirildi.
 
Paneldə çıxış edən Yelo Bank nümayəndəsi kənd təsərrüfatı sahəsində fəaliyyətgöstərən sahibkarları maraqlandıran suallara cavab verərək, kredit müraciətləri, faizdərəcələri və maliyyələşmə mexanizmləri haqqında ətraflı məlumat verdi. Fermerlərinbizneslərini böyütməsi üçün mövcud maliyyə həlləri və yeni imkanlar müzakirə olundu.
 
Festival çərçivəsində keçirilən "Kredit yarmarkası”nda isə Yelo komandası fermerlər və  sahibkarlarla birbaşa görüşlər keçirərək, onların ehtiyaclarını dinlədi və potensial əməkdaşlıq imkanlarını müzakirə etdi.
 
Yelo Bank fermerlərə və aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstək göstərməyə, onların maliyyələşmə imkanlarını genişləndirməyə davam edəcək. Bankın
fermer təsərrüfatını genişləndirmək üçün təklif etdiyi məhsullarla tanış olun: https://bit.ly/ylkmghs

Bank xidmətləri, eləcə də agro kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->