Xəbər lenti

Şəhidin 36 yaşlı bacısı vəfat etdi (FOTO)
Foto 15:08 21.02.2025

Şəhidin 36 yaşlı bacısı vəfat etdi (FOTO)

2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olmuş Azər Məmmədovun bacısı Günay Məmmədova vəfat edib.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən xəbərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkən şəhid bacısı 36 yaşında dünyasını dəyişib.

O, bu gün qardaşının məzarının yanında dəfn olunub.

Qeyd edək ki, Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi qulluqçusu A. Məmmədov 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda” medalı ilə təltif edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->