Amerikalı biznesmen və media fiquru, keçmişdə Trampın müşaviri olmuş Stiv Bennon konservatorların qurultayında nasist salamına bənzəyən jestdən istifadə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Independent nəşri
yazır.
İnternetdə hazırda Merilenddə keçirilən Conservative Political Action Conference (CPAC) adlı konservatorlar konfransında Bennonun çıxışından bir video yayılıb.
Birinci Tramp administrasiyası dövründə təxminən yarım il Ağ Evdə siyasi strateq və prezidentin baş müşaviri olmuş Bennon çıxışında Donald Trampın üçüncü prezidentlik müddətini mümkün etməyə çağırıb və belə liderlərin "tarixdə cəmi iki dəfə meydana çıxdığını" deyib.
Bennon bu jesti "mübarizə aparın, mübarizə aparın, mübarizə aparın" çağırışı ilə səsləndirdiyi emosional sözlərdən sonra edib.
"Onların yeganə qalib gəlmə yolu bizim geri çəkilməyimizdir. Amma biz geri çəkilməyəcəyik. Biz təslim olmayacağıq və getməyəcəyik. Mübarizə aparın, mübarizə aparın, mübarizə aparın", – deyə o, bu sözləri tribunaya yumruğuyla çırparaq bildirib və daha sonra sağ əlini qaldıraraq nasist salamına bənzəyən bir jest edib.
Bundan əvvəl amerikalı milyarder və Trampın yaxın müttəfiqi İlon Maskın istifadə etdiyi bir jest də bir çoxları tərəfindən nasist salamı kimi qiymətləndirilmişdi. Lakin məsələ gündəmə gəldikdən sonra Mask bu ittihamları "çirkin oyunlar" adlandırmışdı.
Alpər
Şərhlər