Xəbər lenti

Erkən evlilik üzrə göstəricilər son 3 ildə necə dəyişib?
Ölkə 12:40 26.05.2026

Erkən evlilik üzrə göstəricilər son 3 ildə necə dəyişib?

"18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalıb".

Qaynarinfo xəbər verir ki bu sözləri Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumat verərkən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin və ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir."

"Əmək bazarında müşahidə olunan dəyişikliklər göstərir ki, qadınların iqtisadi fəallığı davamlı şəkildə artır: "Orta əməkhaqqında da artım tempi  müsbətdir, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi xüsusilə diqqətçəkicidir və özünüməşğulluq proqramlarında iştirak da genişlənməkdədir".- deyə komitə sədri qeyd edib.

Vüqar

--> -->