Xəbər lenti

Ən ağrılı ölümlər: Alimlər siyahı açıqladı
Dünya 13:06 28.02.2025

Ən ağrılı ölümlər: Alimlər siyahı açıqladı

Yanaraq ölmək, radiasiya zəhərlənməsi, həşəratlar tərəfindən yeyilmək və dekompressiya xəstəliyi... Alimlərə görə, insan orqanizmi üçün ən ağrılı ölüm növləri bunlardır.

Qaynarinfo xəbər verir ki, hər gün dünyada yüz minlərlə insan həyatını itirir. Ölümlərin çoxu xəstəliklər, infarkt, qəzalar və ya müharibələr nəticəsində baş verir. Ancaq bəzi ölümlər təkcə faciəvi deyil, eyni zamanda inanılmaz dərəcədə ağrılı bir proseslə müşayiət olunur. Alimlərin fikrincə, ən ağrılı ölüm formaları bunlardır:

Yanaraq ölmək

Yanaraq ölüm tarixi dövrlərdə bəzi cəmiyyətlər tərəfindən cəza üsulu kimi tətbiq olunub. Yanğın zamanı dərinin bütün qoruyucu qatları məhv olur, daha sonra isə əzələlər və yağ təbəqələri yanaraq büzüşməyə başlayır. 

Orqanları qoruyacaq heç bir şey qalmadıqda, onlar ya qaynamağa başlayır, ya da çürüyür. Bütün bu proses dözülməz ağrılarla müşayiət olunur. Alimlər yanaraq ölən insanların müəyyən bir müddət sonra şiddətli ağrı səbəbindən şüurunu itirdiyini və bundan sonra həyatlarını itirdiyini düşünürlər.

Radiasiya zəhərlənməsi

Böyük dozalarda radiasiyaya məruz qalmaq, bədənin içəridən yanmasına bənzəyən bir ağrıya səbəb olur. Radiasiya orqanizmdəki hüceyrələri o qədər sürətlə məhv edir ki, bədənin özünü yeniləmə qabiliyyəti çatışmaz olur. 

Zəhərlənmə nəticəsində daxili orqanlar tədricən iflic olur və insan günlər, hətta həftələr boyu davam edən ağır əzablar içində orqan çatışmazlığından həyatını itirir.

Həşəratlar tərəfindən yeyilmək

Keçmişdə işgəncə üsulu kimi istifadə edilən bu ölüm formasında, qurban hərəkət edə bilməyəcək şəkildə bağlanaraq həşəratların çox olduğu bir mühitə buraxılır. Minlərlə kiçik dişləmə ilə bədən yavaş-yavaş parçalanır və bu dəhşətli proses saatlarla davam edir. 

Antik Pers imperiyasında bu cəza üsulunun tətbiq edildiyi tarixi mənbələrdə qeyd olunur.
 
Dekompresiya xəstəliyi

Bu ölüm forması daha çox dəniz dərinliklərinə dalan peşəkar dalğıclar arasında baş verir. Əgər yüksək təzyiqli mühitdən aşağı təzyiqli mühitə ani keçid olarsa, bədənin hüceyrələri bu dəyişikliyə tab gətirmir və daxildən partlamağa başlayır. 

Dalğıcların bəzi hallarda sağ qalması mümkün olsa da, ağır yaralanmalar və ömürlük iflic riski yüksəkdir. Hər il yüzlərlə insan dalış zamanı vurğuna məruz qalaraq həyatını itirir.

Bu ölüm formaları həm tarixi mənbələrdə, həm də elmi tədqiqatlarda ən ağrılı və dəhşətli ölüm növləri kimi təsvir olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->