Xəbər lenti

Kim Çen orduya nüvə silahının istifadəsinə hazır olmağı əmr etdi
Dünya 14:38 28.02.2025

Kim Çen orduya nüvə silahının istifadəsinə hazır olmağı əmr etdi

Şimali Koreyanın lideri Kim Çen In 26 fevralda strateji qanadlı raketlərin sınağını şəxsən idarə edib və nüvə zərbəsi üçün tam hazırlıq əmri verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters agentliyi Şimali Koreya mətbuatına istinadən yazır.

KCNA xəbər agentliyinin sözlərinə görə: "Raket sınaqları (qanadlı raketlər – red.) Şimali Koreyanın təhlükəsizliyini ciddi şəkildə pozan və qarşıdurma mühitini gücləndirən 'düşmənlərə' xəbərdarlıq etmək və 'nüvə əməliyyatlarının müxtəlif vasitələrinə hazır olduğunu nümayiş etdirmək' məqsədilə hazırlanıb".

Reuters, Şimali Koreyanın liderinin sözlərini sitat gətirərək bildirir ki, onun ölkəsinin təhlükəsizliyi "Şimali Koreyanın nüvə silahlı qüvvələrinin məsuliyyətli missiyası və vəzifəsidir" və həmçinin "nüvə silahlarının tətbiqinə tam hazırlıq" mövcuddur.

Agentliyə istinadən, Cənubi Koreya Silahlı Qüvvələri Şimali Koreyanın 26 fevralda Koreya yarımadasının qərb sahili üzərindən nüvə başlıqlarını daşıya bilən strateji qanadlı raketlər buraxdığını bildirib.

Reuters-in məlumatına görə, Şimali Koreya bir neçə il ərzində nüvə başlıqları daşıya bilən strateji qanadlı raketlərin inkişafı üzərində çalışıb. Bu tip raketlər, adətən, ballistik raketlər kimi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq qadağan edilmədiyi üçün beynəlxalq cəmiyyət tərəfindən daha az narahatlıq və tənqidə məruz qalır. BMT Şimali Koreyaya ballistik raketlər və nüvə silahları inkişaf etdirməyi qadağan edir və bu qaydaların pozulmasına görə sanksiyalar tətbiq edir.

Reuters-in məlumatına görə, Kim Çen In son bəyanatlarında Şimali Koreyanın təhlükəsizliyinə təhdid edə biləcək bir ölkə adı çəkməyib, lakin ABŞ və Cənubi Koreyaya qarşı sərt ritorikasını davam etdirib.

Qeyd edək ki, Şimali Koreyanın lideri Kim Çen In mütəmadi olaraq dünyanı nüvə silahları ilə hədələyir. 2024-cü ilin yanvarında o, Cənubi Koreyaya qarşı bir neçə təhdidkar bəyanat verib, xüsusilə də qarşıdurma halında onu külə çevirməklə hədələyib.

2024-cü ilin oktyabrında isə Kim Çen In bir daha bildirib ki, əgər düşmən onun ölkəsinin suverenliyinə təcavüz etmək üçün güc tətbiq etməyə cəhd edərsə, Şimali Koreya bütün mövcud hücum qüvvələrini, o cümlədən nüvə silahlarını heç bir tərəddüd etmədən istifadə edəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->