Müğənni Keti Perri 2025-ci ilin yazında New Shepard turistik raketi ilə kosmosa uçacaq. Bu missiyanın unikal tərəfi ondan ibarətdir ki, 1963-cü ildən bəri ilk dəfə olaraq onun tərkibində yalnız qadınlar olacaq.
Qaynarinfo xəbər verir ki, Blue Origin şirkəti ekipajın altı üzvünün adlarını
açıqlayıb.
Bunlar keçmiş NASA alimi və sahibkar Ayşa Bou, bioastronavtika sahəsində alim Amanda Nquyen, jurnalist Qeyl Kinq, kinoprodüser Kerianna Flinn, jurnalist Loren Sançes və müğənni Keti Perridir.
Bu, 1963-cü ildə Valentina Tereşkovanın müstəqil uçuşundan sonra tamamilə qadınlardan ibarət ilk uçuş heyəti olacaq.
"Keti Blue Origin-in yalnız qadınlardan ibarət ilk komandasının bir hissəsi olmaqdan qürur duyur və ümid edir ki, onun bu səfəri qızını və digərlərini ulduzlara çatmağa – həm birbaşa, həm də məcazi mənada – ruhlandıracaq", – şirkətin açıqlamasında deyilir.
CNN-in məlumatına görə, raket Yer səthindən 100 kilometrdən yüksək qalxaraq kosmos sərhədi hesab olunan Karman xəttini keçəcək.
Bu, New Shepard proqramı çərçivəsində həyata keçirilən 11-ci uçuş olacaq. Bu proqram sayəsində indiyə qədər 52 nəfər kosmosa gedib.
Alpər
Şərhlər