Xəbər lenti

Dənizə yaxın bağ evlərinin kirayəsi neçəyədir? (VİDEO)
Ekonomiks 23:03 17.05.2026

Dənizə yaxın bağ evlərinin kirayəsi neçəyədir? (VİDEO)

Bakıətrafı qəsəbələrdə kirayə verilən bəzi bağ evlərinin aylıq qiyməti 40 min manata çatır.

Söhbət əsasən dənizə yaxın, hovuzlu, geniş həyətli və yüksək şəraitli evlərdən gedir. Yay mövsümü yaxınlaşdıqca belə evlərə maraq artır, bu da kirayə qiymətlərində daha çox hiss olunur. Xüsusilə Mərdəkan, Şüvəlan, Bilgəh, Zuğulba, Novxanı və son illərdə Nardaran istiqaməti daha çox seçilən ərazilər sırasındadır.

Əmlak eksperti Firdovsi Xəlilov bildirir ki, ən bahalı təkliflər əsasən dənizə yaxın, hovuzlu və geniş bağ evləri üzrə formalaşır. Dənizdən uzaqlaşdıqca isə qiymətlər nisbətən aşağı düşür.

Ekspertlərin sözlərinə görə, bu bahalaşma təkcə gündəlik tələbatla bağlı deyil. Bağ evlərinin kirayəsi əsasən mövsümi xarakter daşıyır. Sahibkar ilin böyük hissəsində evi ya boş saxlayır, ya da daha aşağı qiymətə təklif edir. Ona görə də yay aylarında qiymətlər kəskin artır. Bazarda marağı artıran başqa səbəblər də var. Vətəndaşların bir qismi uzunmüddətli xarici səfər əvəzinə, yay istirahətini Bakıətrafı bağ evlərində keçirməyə üstünlük verir.

Beləliklə, yay mövsümü yaxınlaşdıqca Bakıətrafı bağ evləri bazarında seçim də, qiymət fərqi də artır. Dənizə yaxın evlər daha çox lüks istirahət axtaranlara hesablanır. Daha münasib qiymət istəyənlər isə dənizdən nisbətən uzaq qəsəbələrə üz tuturlar.
 
--> -->