ABŞ sahilləri boyunca minlərlə müəmmalı sualtı obyekt müşahidə olunub. Bu isə yerdənkənar həyatın mövcudluğuna inanan insanlar arasında geniş rezonans doğurub.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post” yazıb.
Qlobal UNO müşahidələri üzrə ən böyük axtarıla bilən məlumat bazasına sahib olduğunu bildirən müstəqil "Enigma” təşkilatı ötən ilin avqust ayından bəri ABŞ sahilləri və digər iri su hövzələri yaxınlığında 15 kilometr məsafədə 9 mindən çox müəmmalı obyekt qeydə alıb.
Qeyd olunur ki, identifikasiya olunmamış sualtı obyekt su altında aşkar edilən və dərhal tanınması mümkün olmayan hər hansı obyekt hesab olunur. Bu obyektlər həm texnoloji sensorlar, həm də adi gözlə müşahidə edilə bilər.
"Xüsusilə məni sualtı gəmilərin su altında son dərəcə yüksək sürətlə hərəkət edən aparatları aşkar etməsi ilə bağlı məlumatlar maraqlandırır”, deyə "Fəlakətli ifşa: yadplanetlilər, "dərin dövlət” və həqiqət” kitabının müəllifi Kent Hakenlivi jurnalistlərə bildirib.
"Marine Technology News”un yazdığına görə, 2025-ci ilin avqustundan bəri qeydə alınmış 9 min müşahidənin təxminən 500-ü ABŞ sahil xəttindən 8 kilometr məsafədə baş verib. Bundan başqa, 150-dən çox obyekt ya su hövzələrinin üzərində uçan, ya da suya girib-çıxan vəziyyətdə müşahidə olunub.
"Enigma” təşkilatı ABŞ sahilləri boyunca su altında parlayan iki identifikasiya olunmamış obyektin görüldüyünü bildirib. Təşkilatın məlumatına görə, Kaliforniya və Florida identifikasiya olunmamış sualtı obyekt müşahidələrinin sayına görə siyahıya başçılıq edir. Kaliforniyada 389, Floridada isə 306 müşahidə qeydə alınıb.
"Anlaşılmaz xüsusiyyətlərə malik identifikasiya olunmamış obyektlərin ABŞ-nin su məkanına daxil olması və Müdafiə Nazirliyinin buna ciddi reaksiya verməməsi hökumətin anomal hadisələrlə bağlı bildiyi hər şeyi ictimaiyyətlə paylaşmadığını göstərir”, deyə ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Tim Qallodet bildirib.
Onun sözlərinə görə, daha əvvəl pilotlar, müşahidəçilər və kalibrlənmiş hərbi cihazlar insan tərəfindən yaradılmış heç bir texnikanın bacarmadığı şəkildə sürətlənən və hava-su sərhədini keçən obyektləri qeydə alıblar.
Aydın
Şərhlər