Xəbər lenti

Əşrəf Səfərov yenə DOST-a ofis icarəyə verdi - Bu dəfə aylıq 55 min manata
Ekonomiks 19:49 16.05.2026

Əşrəf Səfərov yenə DOST-a ofis icarəyə verdi - Bu dəfə aylıq 55 min manata

DOST İş Mərkəzi iş adamı Əşrəf Səfərovdan ofis icarəyə götürür. 

Qaynarinfo xəbər verir ki, Mərkəz artıq ofis icarəsi ilə bağlı tenderə yekun vurub. 

Əşrəf Səfərovun icarə haqqı olaraq təklif etdiyi qiymət 1 320 000 manat olub. 

İcarə müddəti 24 aydır. Bu halda aylıq icarə haqqı 55 000 manat edir. 

Əşrəf Səfərov "Kia Motors AZ" MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun oğludur. MMC ilə bağlı reyestr məlumatlarında isə Əşrəf Səfərovun adı şirkətin qanuni təmsilçisi kimi qeyd edilib.

2024-cü ildə DOST İş Mərkəzi ilə Əşrəf Səfərov arasında ofis icarəsi ilə əlaqədar 853 710 manat dəyərində satınalma müqaviləsi imzalayıb. Həmin müqavilədə də icarə müddəti 24 ay göstərilib. Yəni, 2 il əvvəl DOST İş Mərkəzi Əşrəf Səfərova aylıq icarə haqqı olaraq 35 571,25 manat ödəyib. İki ildən sonra iş adamı icarə haqqını 20 000 manat artırıb. 

Seyid
--> -->