Xəbər lenti

AZAL Naxçıvan reyslərini bərpa etdi
Ekonomiks 10:58 17.05.2026

AZAL Naxçıvan reyslərini bərpa etdi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.

Qaynarinfo AZAL-a istinadən xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur.

"Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir", - deyə aviaşirkət bəyan edib.
--> -->