Xəbər lenti

Azərbaycanı avrokuboklarda kimlər təmsil edəcək?
İdman 20:20 17.05.2026

Azərbaycanı avrokuboklarda kimlər təmsil edəcək?

2026/27 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klublar müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, birnömrəli klub turnirində çempion "Sabah" çıxış edəcək. Mövsümü 75 xalla başa vuran "bayquşlar" mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. 

Çempionlar Liqasında I mərhələnin püşkü iyunun 16-da atılacaq. Bu mərhələnin ilk oyunları 7/8 iyul, cavab görüşləri 14/15 iyul tarixlərində keçiriləcək.

Son illərin dəyişməz çempionu "Qarabağ" bu mövsüm ikinci olub və "Sabah" ölkə kubokuna sahib çıxdığı üçün Avropa Liqasına vəsiqə qazanıb. "Qarabağ" mübarizəyə I təsnifat mərhələsindən start verəcək.

Bu mərhələnin püşkatması iyunun 16-da həyata keçiriləcək. Oyunlar isə iyulun 9-da və 16-da baş tutacaq.

Mövsümü 3 və 4-cü yerlərdə başa vuran "Turan Tovuz" və "Neftçi" isə Konfrans Liqasında çıxış edəcək.

"Turan Tovuz" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkatması iyunun 17-də həyata keçiriləcək. Oyunlar isə iyulun 23-də və 30-da baş tutacaq.

"Neftçi" isə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkatması iyunun 16-da həyata keçiriləcək. Oyunlar isə iyulun 9-da və 16-da baş tutacaq.

Aydın
--> -->