Həyatımızı asanlaşdıran Bluetooth qulaqlıqlar müasir dövrün vazkeçilməz texnologiyalarından biri olsa da, son elmi məlumatlar bu rahatlığın müəyyən risklər daşıya biləcəyinə işarə edir. Boyun bölgəmizə olduqca yaxın istifadə edilən bu cihazların, orqanizmin əsas tənzimləyicilərindən biri olan tiroid vəzinə birbaşa təsir göstərə biləcəyi ehtimal olunur.
Qaynarinfo xəbər verir ki, "Nature” jurnalında dərc edilən yeni araşdırma, gündə saatlarla istifadə olunan bu texnoloji aksesuarların tiroid toxumasında struktur dəyişikliklərə səbəb ola biləcəyini ortaya qoyub.
Boynun ön hissəsində yerləşən və kəpənəyə bənzər forması ilə tanınan tiroid vəzi böyümədən metabolizmə qədər bir çox həyati funksiyanı tənzimləyən hormonlar ifraz edir. Araşdırmalara əsasən, uzunmüddətli Bluetooth qulaqlıq istifadəsi ilə bu vəzdə yaranan kiçik şişkinliklər, yəni nodullar arasında əlaqə müşahidə olunub. 600 iştirakçı üzərində aparılan tədqiqatlar göstərir ki, kabelsiz siqnallara daha çox məruz qalan şəxslərdə nodul yaranma tezliyi artır. Əksər hallarda xoşxassəli olan bu nodullar, yenə də orqanizmdə xroniki stress və ya hormonal balanssızlığın göstəricisi hesab edilir.
Bu vəziyyət yalnız fiziki dəyişikliklərlə məhdudlaşmır. Tiroid balansının pozulması ürəkdöyünmə, səbəbsiz narahatlıq hissi və yuxu problemləri kimi müxtəlif təsirlərə səbəb ola bilər. Tədqiqatçılar görüntüləmə texnologiyalarının inkişafı ilə tiroit problemlərinin daha çox aşkarlandığını, lakin bunun modern həyat tərzi ilə də əlaqəli ola biləcəyini bildirirlər.
Bluetooth cihazların yaydığı aşağı enerjili radiasiyanın təsirləri ilə bağlı aparılan araşdırmalar tək bu nəticə ilə məhdudlaşmır. Keçmiş illərdəki məlumatlar, smartfonlardan yayılan siqnalların tiroid stimullaşdırıcı hormon (TSH) səviyyələrində dəyişiklik yarada biləcəyini göstərib. Uzun telefon danışıqları və ya baş nahiyəsinə yaxın saxlanılan kabelsiz cihazlar tiroit mexanizmini normal fəaliyyətindən çıxara bilər. Mütəxəssislər bu nəticələrin birbaşa səbəb-nəticə əlaqəsindən çox güclü korrelyasiya olduğunu qeyd etsələr də, riskin nəzərə alınmasının vacibliyini vurğulayırlar.
Elmi dairələr kabelsiz texnologiyaların tamamilə həyatımızdan çıxarılmasını tövsiyə etmir, lakin onların daha şüurlu istifadəsinə diqqət çəkir. Baş və boyun nahiyəsinə uzun müddət yaxın olan cihazlarla məsafə saxlamaq sadə, lakin effektiv qorunma üsulu hesab edilir. Uzun müddətli istifadə tələb edən işlərdə və ya musiqi dinləmə zamanı vaxtaşırı kabelsiz qulaqlıqlardan istifadəni azaltmaq, əvəzində kabelli alternativlərə üstünlük vermək tiroit sağlamlığının qorunması baxımından daha məqsədəuyğun ola bilər.
Aydın
Şərhlər